dejavu hissi nedir
Dejavu haqqinda melumat ardinda----
"Deja vu" - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır. Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına "Deja vu" deyilir.
"Deja vu" daima nevroloqların diqqət mərkəzində olmuş və bu gün də tədqiq edilməktədir. Aparılan bəzi araşdırmalar göstərir ki, buna səbəb olan əsas amil, "deja vu" zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.
"Deja vu"nun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır, lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.
Hamımız bu hissi mütləq yaşamışıqdır, ilk dəfə getdiyimiz bir şəhərdə gezdiyimiz bir yolu çox yaxşı bilirik kimi hiss eləmişik yada, yaşadığımız gün içərisində yolunda getməyən bir işimizin elə bil necə nəticələnəcəyini daha əvvəl yaşamış kimi necə nəticələnəcəyini bildiyimizi düşünürük.
Yaşanılan bir hadisənin, daha əvvəl də yaşanılmış olması hissinə qapılınması vəziyyətidir. Fransızcadan gələn deja vu sözü, daha əvvəl görülən mənasını verməkdədir.
Bir çox insan dejavu, yaşadığını diyir.
Kimiləri dejavunun Beyindəki bir hiss pozğunluğundan qaynaqlandığını düşünərkən kimiləri də bunu reinkarnasiya olduğunu diyir. Elmi olaraq dejavu belə açıqlana bilər.
Beş duyğu orqanımızdan beynə gedən siqnallar xüsusilə görünüş və səs beyin tərəfindən qəbul ediləməyə bilər. Halbuki başa düşülməyən bu məlumat beyində yazılmışdır.Ayrıca nə vaxt yaşanıldığı mövzusunda bir məlumat yoxdur.
Bir hadisəni beynin bir tərəfi digər tərəfindən əvvəl aşkar edir və bilik ikinci tərəfdə aşkar edildiyi üçün insan ikinci dəfə yaşanmış hissinə qapıla bilər. Ayrıca yaşanılan hadisənin daha əvvəl bir bənzərinin görülən və hatırlanamayan bir yuxuda yaşanmış olması da ehtimallar daxilindədir.
Dejavunun ziddi "jamais-vu"dur. Bu vəziyyətdə insanlar, tanışı bir ətrafda xaricilik çəkə bilərlər. "Deja vu"ya bənzər səbəblərlə ortaya çıxar. Araşdırmalara görə insanların 50%-dən çoxu həyatlarında ən az bir dəfə "deja vu" vəziyyətini yaşamışdır. İnsanların çoxu bir müddət sonra ən son nə vaxt "deja vu" yaşadığını unudar.
Hiç yorum yok:
Yorum Gönder
Şərhlər
1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz
2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.