Səhifələr

6/11/2013

Facebook nece quruldu?


Mark Zuckerberg Facebook -u necə qurdu?




Facebook 4 fevral 2004-cü ildə Harvard Universiteti 2006 tələbəsi Mark Zuckerberg tərəfindən qurulmuşdur.

Mark facebook-u qurmazdan əvvəl Harvard kampusundakı tələbələrin şəkillərinin qarşılaşdıran Facemash saytını qurmuşdu. Bu saytda tələbələr hansı qızın daha gözəl olduğu ilə bağlı fikirlər bildirirdilər. Qisa müddət ərzində mübahisələrə səbəb olan sayt böyük marağa səbəb olmuşdu.

Mark bu layihəsindən ilham alaraq facebook saytını Harvard Universiteti daxilində qurmağa başladı. Qısa bir vaxt ərzində Harvard Universitetitinin tələbələri tətəfindən böyük maraq görən şəbəkə Boston ətrafındakı universitetlərə yayılmağa başladı.

Amerikanın dəyərli universitetlərini özündə birləşdirən Ivy League universitetləri daxilində qapalı bir şəbəkəyə çevrildi. 11 sentyabr 2006-cı ildə isə Facebook bütün e-mail adreslərinə müəyyən yaş məhdudiyyəti ilə açıldı. Dünyanın müxtəlif universitetlərdən olan insanlar qeydiyyatdan keçməyə başladı. 

2007-ci ildə facebook 34 milyon istifadəçi ilə dünyanın ən böyük universitet tələbələri şəbəkəsinə çevrildi. Alexa statistikasına əsasən, facebook 20 oktyabr 2007 tarixində dünyada ən çox ziyarət edilən 7-ci sayt olmuşdur. 

Palo Altodakı qərargahında işçi sayını artıran Zükerberq digər tərəfdən də dünyaya yayılma planını tətbiq etməyə başladı. Ona bu işdə Napster şirkətinin qurucusu Sean Parker yaxından kömək etmiş oldu.
Qısa müddət ərzində milyonlarla insanın qeydiyyatdan keçdiyi facebook təbii ki, nəhəng şirkətlərin və investorların da diqqətini çəkməyə başladı. Lakin, Mark ona edilmiş böyük həcmli təkliflərə baxmayaraq saytı satmadı.

Mark bu yerlərə heç də asanlıqla gəlmədi. Fikirlərini oğurladığını iddia edən Winklevoss əkizləri Markı məhkəməyə verdilər. Uzun sürən məhkəmə prosesini Mark qazanmış oldu. 2009-cu ildə isə facebook ən çox girilən ilk 3 sayt arasına girdi. Son zamanlar birjada müəəyən qədər dəyər itirən facebook hər nə qədər xoş olmayan xəbərlərlə gündəmə gəlsə də, etdiyi möhtəşəm yeniliklər, güclü komandası ilə uzun illər internet dünyasının bir nömrəli sosial şəbəkəsi olmağa davam edəcəkdir.















Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.