Sosial profilim

Online

- VEB KRALI - Bu saytın məzmunu Google tərəfindən qoruma altına alınmışdır.

5/19/2013

Maraqli ve qeribe qadagalar


Qadınlar dişlərini protez etdirməmişdən əvvəl ərlərindən icazə almalıdırlar. (Amerika – Vermont)


Metroda saqqız çeynəyən həbs oluna bilər. (Sinqapur)





Dəmiryol relslərinə duz tökmək ölümlə cəzalandırıla bilər. (Amerika – Albama)

Ərin arvadını ayda bir dəfə döyməsi normaldır, ondan çox döyməyi qadağandır. (Amerika – Arkanzas)

Vitrinə çılpaq maneken qoymaq olmaz. (Amerika – Corciya)

Teatra getməmişdən 4 saat əvvəl sarımsaq yemək olmaz. (Amerika – İndiana)

Qayınana ilə yola getməməyi məhkəmə boşanma səbəbi kimi qəbul etmir. (Amerika- Kansas)

Eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır. (Amerika – Kentuki)

Maşında sevgi ilə məşğul olmaq qadağandır. (Amerika – Miçiqan)

Şaxta babanı lağa qoymaq 30 günlük həbslə cəzalandırılır. (Amerika – Minnesota)

Doğma nənə ilə evlənmək qadağandır. Başqaları ilə evlənmək olar. (Amerika – Missuri)

Bərbərlərin səhər 7-dən axşam 7-yə qədər soğan yeməyi qadağandır. (Amerika – Nebraska)

Qadınların çox dar paltarlarda küçədə gəzməyi qadağandır. (Amerika- Nyu-York)

Ata, uşağına axmaq, səfeh deyə bilməz. (Amerika- Nyu-York)

Polislər xəbərdarlıq etmək məqsədi ilə itləri dişləyə bilərlər. (Amerika – Ohayo)

Kiminsə üstünə ilan atmaq qadağandır. (Amerika – Ohayo)

Evlilik mərasimi vaxtı bəy, yaxud gəlin sərxoşdursa, mərasim təxirə salınmalıdır. (Amerika – Pensilvaniya)

Atlar yol kirlənməsin deyə alt paltarı geyinmək məcburiyyətindədirlər. (Amerika – Cənubi Karolina)

“Britannica Ensiklopediyası” içində “Evdə pivə necə hazırlana bilər?” mətni olduğuna görə qadağan olunub. (Amerika – Texas)

ALLAHın varlığını danmaq cinayətdir. (Amerika – Vermont)

İctimai nəqliyyatda qadınların kişilərin qucağında yastıq olmadan oturmağı 6 aylıq həbslə cəzalandırıla bilər. (Amerika – Vaşinqton)

Dəmiryolunda öpüşmək qadağandır. (Fransa)

Donuzlara “Napoleon” adını qoymaq qadağandır. (Fransa)

Qapılar və pəncərələr çəhrayı rəngdə olmalıdır. (Kanada – Kanata)

Ağaca dırmaşmaq qadağandır. (Kanada – Oşava)

Bank Street-də bazar günləri dondurma yemək qadağandır. (Kanada – Ottava)

Qadınların ictimai nəqliyyatda şokolad yeməyi qadağandır. (İngiltərə)

Ətək geyinən kişilər həbs oluna bilər. (İtaliya)

Bazar günləri balıq tutmaq qadağandır. (İsveç)

İnək sahiblərinin sərxoş olmağı qadağandır. (İsveç)

Qapınızı döyüb sizdən “tualetinizi bir neçə dəqiqəlik istəyən” adamı içəri buraxmalısınız. (İsveç)

Bazar günləri çəhrayı şalvar geyinmək olmaz. (Avstraliya – Viktoriya)

Köynəksiz maşın sürmək qadağandır. (Tayland)

Alt paltarsız gəzmək qadağandır. (Tayland)


Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.

Belke bu yazilar diqqetinizi cekti

Yeniler

Yeniler