Sosial profilim

Online

- VEB KRALI - Bu saytın məzmunu Google tərəfindən qoruma altına alınmışdır.

5/13/2013

it _haqqinda_ melumat

İT
it haqqinda
İt











Itin Yaşadığı yerlər: Evcil və vəhşi olaraq dünyanın az qala hər yerində.
 Xüsusiyyətləri: Kəskin qoxu hiss etmə və eşitmə qabiliyyətli ətçil bir məməli. 
Sahibinə bağlılığı ilə şöhrət tapmışdır. 
Ömrü: 15-20 il. 
Növləri: Görünüş və böyüklükləri fərqli 100-dən çox it irqi vardır. 
Çoban iti, ov iti, buldog, polis iti, Saint Bernard itləri məşhurdur.

Ardinda it haqqinda melumat (+17 foto)


Ətçillər (Carnivora) dəstəsinin, köpəkgillər familiyasından bir məməli növü.Çox köhnə çağlardan bəri evcilləşdirilmişdir. Görünüş və böyüklükləri fərqli, yüzdən çox evcil irqi vardır.Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur.Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır.Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur.Barmaqları üstündə qaçar və yaxşı üzər.
  Saatda 50 km sürətlə yol götürər.Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Ağıllı olduğundan asanca tərbiyə edilə bilər.Sahibinə bağlılığı ilə məşhurlaşmişdir.



Avstraliyanın vəhşi itləri "dingolar" sürü halında yaşayaraq kenquru ovlarlar.   Bəzən yerlilər balalarını ovda istifadə etmək üçün evcilləşdirərlər. Afrikanın yabanı "Qab ovçu itləri" də toplu halda yaşayarlar.  Axşam üstü sürülər halında gəzərək zebra, ceyran, kangru, ovlarlar.


Erkək itlər arxa ayaqlarından birini qaldıraraq sidik buraxarlarAğac kökü, qaya kimi yerlərə qoxulu olan sidiklərini edərək, bölgələrinin sərhədlərini çəkərlər. Hər it qonşu itlərin qoxulu işarələrini tanıyar və bölgələrinə girməkdən çəkinər.  Beş ayda bir cütləşərlər.63 günlük bir hamiləlik dövrəsindən sonra, dişi, gözləri bağlı və kar 6-8 bala doğurar.İki həftə sonunda gözləri açılır və eşitməyə başlayırlar.Altı həftə süd əmərlər. 6-12 həftəlikkən təlim görməlidir. Əks halda insanlardan çəkinirlər.On aylıq olunca yetkinləşər, 15-20 il qədər yaşayarlar.



Fars padşahı Kurus, döyüşdə istifadə etmək üçün hərb itləri yetişdirdi. Romalılar, arenalarda itləri aslana qarşı döyüşdürərdi. Bu gün ov, xəbər, gözətçilik, polislik, qurtarma vs. işlərində insanların dostu olaraq xidmət görməkdədirlər. İsveçrədə Alp Dağlarının yüksəklərində tikilmiş olan Saint Bernard Monastırında yetişdirilən itlər, hər il qar arasında qalmış bir çox yolçunu tapıb qurtarmaqdadırlar. Boyunlarında daşıdıqları ilk kömək çantasıyla yaralilara köməyə qaçar və hürərək kömək çağırarlar.Səslərini eşitdirə bilmədikləri təqdirdə, yaralının yaxasından çəkə çəkə ilkyardım mərkəzinə apararaq ölümdən qurtararlar.Qoxu hiss etmə və iz sürmə qabiliyyətləriylə polis itləri hər il bir çox qanun qaçağının tutulmasına kömək edərlər.Çoban, gözətçi və ov itləri də insanlığın xidmətindədir.

İt, insana hər nə qədər sadiqsə də quduz xəstəliyinə rahat tutulması və bağırsaqlarında it tenyası(Tenya ekinokoküs) daşımasıyla sağlamlıq baxımından təhlükəli sayılar.Bunlar və bilmədiyimiz başqa səbəblərdən dinimiz, itlərin ev içində bəslənməsinə icazə verməməkdədir.


İtlərdə az qala heç tərləmək yoxdur. Başqa sözlə heç tərləməzlər.İsti zamanlarda dillərini ağızlarından çıxardaraq bu hərarətlə sərinləyərlər.





























Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.

Belke bu yazilar diqqetinizi cekti

Yeniler

Yeniler