Yaponiyalı alimlər bu yeniliyə imza atıblar
ardinda daha ətrafli---
İnsanın yuxusu oxuna biləcək. Bu yeniliyə Yaponiya alimləri imza atıblar. Yuxuları beynin dalğalarının yazılması ilə oxumaq mümükün olacaq. Kyoto Nevroelm İnstitutunun əməkdaşı Yukiyasu Kamitani hazırladıqları xüsusi üsulla yuxuda görülən cisimlərin 60 faizini təxmin edəbiləcəklərini açıqlayıb.
Araşdırma çərçivəsində, iştirakçılar MR cihazının içində yatıblar. Onların beyin dalğaları isə monitorda izlənilib. Onlara durandan sonra yuxuda nə gördükləri detalları ilə deyilib. Hər iştirakçıda bu təcrübə 200 dəfə təkrarlanıb. Ən çox yuxuda görülən şeylər isə nəqliyyat, bina, qadın, kişi kimi 20 kateqoriyaya bölünüb.
Bu şəxslər oyandıqdan sonra onlara adıçəkilən kateqoriyadan şəkillər göstərilib. Bu zaman onların beyin dalğaları yazılıb. Bundan sonra yuxuda olarkən və şəklə baxarkən əldə edilən nəticələr müqayisə edilib. |