Qədr gecəsi haqqında.
Ardında -----
Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məfhuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə 2 ayə dəlildir.
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.[1]
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik.[2]
1-ciyə görə Quran Ramazan ayında nazil edilmişdir, 2-ciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır.
Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin[3] nazil olduğu gecəni qarışdırırlar. Xatırladaq ki, həmin gecə rəcəb ayının 27-ci gecəsidir.
Qədir gecəsinin konkret hansı gecə olduğu bilinmir. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olmuşdur.
Əhli-sünnə mənbələrində Qədr gecəsinin sonuncu 10 gecənin içərisində, xüsusən də 27-ci gecənin olduğu güman edilir. Bu barədə hədislər varid olmuşdur.
Şiə mənbələrində Qədr gecəsinin ən çox ehtimal olunduğu gecə ramazan ayının 23-cü gecəsidir. Belə ki, bu barədə aşağıdakı məzmunda hədis varid olmuşdur.
Bir gün bir yaşlı kişi Peyğəmbərə (s) deyir ki, mən yaşlı adamam və bura uzaq yoldan gəlirəm və hər gecə gəlməyim mənə çox əziyyət edir. Qədr gecəsinin hansı gecə olduğunu söyləsən, həmin gecə bura gələrəm. Peyğəmbər (s) onun qulağına nəsə söyləyir. Rəvayət edənlər söyləyir ki, ondan sonra həmin kişi hər Ramazan ayının 23-cü gecəsi görünürdü.
Qədr gecəsinin fəziləti
Qədr gecəsinin fəzilətli olması üçün onun barəsində Qədr surəsinin nazil olması kifayət edər.
"(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)[4]
Qüsl etmək. (Ən fəzilətli vaxtı gün batan vaxtdır.)
İşa namazından sonra iki rəkət namaz qılmaq. Namazların hər rəkətində Həmd surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq.
Namazdan sonra 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" demək.
Bu gecə tövbə edib, bağışlanmaq diləmək, Quran oxumaq, dua etmək bəyənilən işlərdəndir. Boynunda qəza namazları olanlar daha yaxşı olar ki, qəza namazı da qılsınlar.
Dualardan "Coşən Kəbir" duasını oxumaq daha çox təkid olunub. Belə ki, bu duada Allahın 1001 adı çəkilir və ehtimal olunur ki, Əsmaül-hüsna (Allahın ən gözəl adları) bu adların içərisindədir. Bu duadan sonra hacətlərini Allahdan istəsən onların icabət olunması ehtimalı böyükdür.
↑ Bəqərə surəsi, 185-ci ayə
↑ Qədr surəsi, 1-ci ayə
↑ Ələq surəsi, 1-5-ci ayələr
↑ Qədr surəsi, 2-5-ci ayələr
2013 de qedr gecesi ne vaxtdi
YanıtlaSilQedr geceleri 27, 29, 31 iyul ve 4 avqust tarixlerinde olacaq.
YanıtlaSilNece dene qedr gecesi olur ki? Basa dusmedim.Bir de men mescidden aldigim ramazan teqviminde yalniz avqustun 4-u yazilib.
SilBU GECƏ RAMAZAN AYININ ILK QƏDR
SilGECƏSIDIR! ALLAH-TƏALƏ BÜTÜN
NIYYƏTLƏRIMIZI,DUALARIMIZI QƏBUL ETSIN!AMIN!
2013-ci il Qədr gecələri iyul ayının 27-dən 28-nə, 29-dan 30-na, 31-dən avqustun 1-nə keçən gecələrə təsadüf edir.
SilAllah razi olsun.ellerinize sagliq
YanıtlaSilKeffare nedir?
YanıtlaSilGunahin evezine , günahlari yuyan emeller menasinda ishledilir. Meselen Ramazanda seferde iken 1 gun tutmadigin orucun keffaresi ,1gun oruc tutmaqdir.
YanıtlaSilKeffare gunahlarin yuyan emeller menasinda iwlenirse,onda orucun 1 gun tutmadigin gunun qezasi ne bes nedir?
Silne vaxt tutmadigin orucun qezasi olmur?
YanıtlaSilOrucluq ayinda oruc tutmadiginiz gunlerin qezasi olur?
SilXestelik sebebile oruc tuta bilmeyen shexs, orucluqdan sonra saqalsa orucunu qeza etmelidir.
SilQədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
YanıtlaSilNiyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən ilallah". Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə mübarək "İxlas" surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilir.
İmam Sadiq (ə) buyurur: "hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar."
xais sualima cvb verinde zehmet olmasa
YanıtlaSilAllah razi olsun. Cox gozel şekiller ve melumetlar ucun minnetdaram..
YanıtlaSilEger xestelik sebebile oruc tutulmayibsa, orucluqdan sonra sagalibsansa mutleq qeza orucu tutmalisan bu vacibdir..
YanıtlaSilbu il qedr gecesi 16 18 ve 20 iyuldadi elemi??
YanıtlaSilSalam qedr gecesi ne vaxtdir
YanıtlaSil2014 qedr gecesi vaxti ?
YanıtlaSilcoxsagolun
YanıtlaSil