Səhifələr

8/11/2011

Hər rəngdə bir şəfa var





Hər rəngdə bir şəfa var

Ardında -----


Göyərti və meyvələrə rəng verən maddələrin sağlamlığa da böyük faydası var.

Buna səbəb onların tərkibində olan və onlara rəng verən formsante, beta karoten, lutein, alisin kimi maddələrdir. Götürək lutein maddəsini. Bu maddə əslində sarı rəngli olsa da xlorofil maddəsi ilə birləşərək göyərtiyə yaşıl rəng verir.
Güclü bir antioksidant olan lutein hüceyrələri qoruyur, katarakta kimi müxtəlif göz xəstəliklərinə qarşı mübarizə aparır, həm də qaraciyər üçün faydalıdır.
Lutein maddəsi boranı, kivi, xiyar, ispanaq, paxla, brokoli və kələmdə var və orqanizm tərəfindən gündə 2 pay lutein qəbul edilməlidir. Bunun üçün 1 boşqab boranı və ya ispanaq, 5 qaşıq paxla, 1,5 ədəd kivi yemək məsləhətdir.

Narıncı - beta karoten

Bu maddə orqanizm üçün çox vacib olan A vitamininə çevrilir. Araşdırmalar xərçəng, damar sərtliyi və katarakta kimi xəstəliklərin qarşısının alınmasında beta karotenin əhəmiyyət daşıdığını təsdiqləyir. Güclü antioksidant olduğu üçün hüceyrələri erkən yaşlanmadan qoruyur.
Qaysı, qovun, kök, manqo, balqabaq, limon, portağal, armud, mandarin, qreypfrutun tərkibi bu maddə ilə zəngindir və gündə 1 pay qəbul edilməlidir. Bunun üçün 4 ədəd təzə və ya quru qaysı, 1 dilim qovun, 1 ədəd kök, 1 ədəd manqo yemək kifayətdir.

Bənövşəyi - antosianin

Bu maddə qırmızı-bənövşəyi rəngli olub, göyərti və meyvələrdə, payızda bənövşəyi yarpaqlı ağaclarda olan rəngverici maddədir. Və bu maddə hüceyrənin yaşlanmasının qarşısını alır. Sağlam toxumaları və hüceyrələri qoruduğu üçün xərçəng və ürək xəstəliklərinə yoluxma ehtimalını azaldır.
Bu maddə badımcan, böyürtkən, üzüm, çuğundur və qırmızı turpun tərkibində var.

Ağ - alisin

Alisin sarımsaqda daha çoxdur. Sarımsaq əzildikdə əsasən qoxusu ilə özünü göstərir. Alisin infeksiyalara öldürücü təsir göstərir. Bundan başqa, ağ rəngli qidalar, müxtəlif xəstəliklərə və şişlərə qarşı immunitet sistemini gücləndirir.
Turp, sarımsaq, göbələk, soğan və kərəviz alisin baxımından zəngindir. Orqanizmə gündə 1 pay alisin lazımdır. Bunun üçün 1 ədəd orta boy quru soğan, 1 boşqab doğranmış təzə göbələk, 2 ədəd turp kifayətdir.

Qırmızı - likopen

Bu maddə də meyvə və göyərtidəki qırmızı rəngli piqmentdir. Likopen xərçəngə qarşı güclü vasitədir. Likopenin bir xüsusiyyəti də bişirildikcə faydasının artmasındadır. Pomidor, qarpız, nar, çiyələk, qırmızı bibər likopen mənbəyidir. Gündə 1 pay likopen məsləhətdir. 1 orta boy pomidor, 2 barmaq qalınlığında kəsilmiş qarpız, 1/2 orta boy nar və 15 ədəd çiyələklə bu ehtiyacınızı ödəyə bilərsiniz.


Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.