Səhifələr
▼
8/16/2011
Beynimiz Facebook kimi çalışır
Beynimiz Facebook kimi çalışır
Elə çalışır ki oxuyunca çaşacaqsınız…
Ardında ----
Amerikalı elm adamları insan beyninin ictimai paylaşma şəbəkəsi facebook kimi çalışdığını ortaya çıxardı.
Pennsylvania əyalətində olan Carnegie Mellon Universitetində edilən araşdırmada beynin bəzi hissələrinin iş forması ilk dəfə bütün açıqlığıyla ortaya qoyuldu.
Araşdırmada, beyində aktiv rol oynayan neyronlar, facebook kimi ictimai paylaşma saytlarında tez-tez online olub şərh yazan və paylaşmalarda olan kəslərə bənzədildi. Universitet professorlarından Alison Barth tərəfindən icra edilən araşdırmada, beyindəki bu ən aktiv neyronların şüurlu düşünmə, danışma və məntiq hərəkətlərində əhəmiyyətli rol aldıqları ifadə edildi.
Aktivlərin təsiri
Beyində bu hərəkətlərdən məsul olan "neokorteks" adlı bölgədə trilyonlarca neyron var. Siçanlar üzərində etdikləri araşdırmada, bu trilyonlarca neyron içərisində bəzilərinin digərlərinə görə daha aktiv rol oynadıqlarını kəşf etdi. Bu hüceyrələrin sahib olduğu aktiv rolun isə beyin-hüceyrə əlaqəsinin daha yaxşı təmin edilməsinə kömək etmək olduğu ortaya çıxdı.
Facebookda daha aktiv olan kəslərin məlumat dağılımını sürətləndirməsi kimi, bu neyronların da beyin içindəki fəaliyyəti ardıcıl hala gətirdiyi düşünülür. Mütəxəssislər indi niyə bəzi beyin hüceyrələrinin digərlərindən daha aktiv vəziyyətdə olduqlarını və bu neyronların insanların öyrənmə hərəkətində necə bir rol oynadıqlarını araşdırır.
Hiç yorum yok:
Yorum Gönder
Şərhlər
1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz
2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.