"Super pomidor" yeyin, qocalmazsınız!
İtaliya seleksiyaçıları pomidorların elə bir növünü yetişdiriblər ki, onları yeyəndə insanın qocalması yavaşıyacaq və orqanizmi daha sağlam olacaq.
İtaliyanın Milli Kənd Təsərrüfatı İstehsalçıları Assosiyasiyası Coldiretti-yə istinadən bildirir ki, "super pomidor"un tərkibindəki lilkopin adlı antioksidantın miqdarı adi pomidorlardakından 3 dəfə çoxdur.
Pomidorun Romada təşkil olunmuş prezentasiyasında xüsusilə qeyd olunub ki, onun yaradılmasında gen mühəndisləri iştirak etməyiblər.
"Bizim təcrübəmiz sübut etdi ki, gen mühəndisliyinə əl atmadan da istifadəçinin tələbatlarına tam cavab verən yüksək keyfiyyətli məhsul hazırlamaq olar", - deyə "Coldiretti"nin prezidenti Serco Marini öyünüb.
Yeni "super pomidorlar" piştaxtalara iyulun sonunda, tomat pastası halında çıxacaq, onların üzərində isə L+ nişanı olacaq. Bu, onlarda likopinin miqdarının yüksək olduğına işarə edəcək.
İtaliyanın məşhur dietoloqu Coco Kalabreze isə "super pomidoru" yaxşı kosmetoloq adlandırıb:
"Onkoloji və ürək-damar xəstəliklərilə mübarizəyə yardım etməklə yanaşı, bu pomidorlar hüceyrələri qocalmaqdan qoruyaraq, dərimizə gözəllik və yumşaqlıq bəxş edəcək".
O, həmçinin qeyd edib ki, likopinin faydalı xüsusiyyətləri termal təsirə məruz qaldıqdan sonra, yəni pomidor bişirildikdə, daha çox üzə çıxır.
Hiç yorum yok:
Yorum Gönder
Şərhlər
1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz
2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.