Sosial profilim

Online

- VEB KRALI - Bu saytın məzmunu Google tərəfindən qoruma altına alınmışdır.

6/14/2013

Azərbaycanda neçə min domen var?

qiz
Azərbaycanda bu günə kimi 17 778 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir. Bu barədə milli domenlərin tənzimləyicisinin rəsmi saytında məlumat verilib. 



Belə ki, bu il ölkədə cəmi 2677 domen qeydə alınıb, 1225-i qeydiyyatdan çıxarılıb və beləliklə, ilin əvvəlindən domen adlarının xalis artımı 1452 olub.



Hazırda Azərbaycanda 16581 -*.az, 705 -*.com.az, 175 -*.edu.az, 96 -*.org.az, 57 -*.net.az, 42 -*.int.az, 39 - *.co.az, 39 -*.pp.az, 23 -*.info.az, 11 - *.biz.az, 3 -*.name.az, 1 -*.mil.az, 1 - *.pro.az və 8 coğrafi adlardan ibarət domen adları istifadə olunur. Son üç ildə *.az domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici – 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə – 5478 olub.

Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan və ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılması da müşahidə olunur və bunun nəticəsində 2012-ci ildə *.az domeninin xalis artımı 3039 təşkil edib, bu da 2011-ci illə müqayisədə 40% çoxdur. Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımının 4500-dək təşkil edəcəyini gözləmək olar

Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.

Belke bu yazilar diqqetinizi cekti

Yeniler

Yeniler