Sosial profilim

Online

- VEB KRALI - Bu saytın məzmunu Google tərəfindən qoruma altına alınmışdır.

4/18/2013

Kompüterlər insan hisslərinə malik olacaqlar




IBM nümayəndələrinin fikrincə, kompüterlər insanların malik olduqları eşitmə, görmə, dad, iybilmə, toxunuş kimi qabiliyyətlərə malik olacaqlar.


IBM şirkəti növbəti The Five in Five proqnozunu təqdim edib. Proqnozda şirkət tərəfindən yaxın beş il ərzində kompüter texnologiyaları sahəsində müşahidə ediləcək beş tendensiya sadalanır.   
 2012-ci il üçün The Five in Five siyahısında yer alan tendensiyalar insanın hiss edə biləcəyi hisslərlə üst-üstə düşür. IBM nümayəndələrinin fikrincə, kompüterlər insanların malik olduqları eşitmə, görmə, dad, iybilmə, toxunuş kimi qabiliyyətlərə malik olacaqlar.

 “Eşitmə” kompüterlərə ətraf dünyanın səslərini duymağa imkan verəcək. Belə ki, kommunal xidmətlər küləkli havada ağacların xışıltısından dağılma riskinin olmasını, habelə “eşitmə orqanına malik olan” telefonlar insanın olduğu yeri müəyyənləşdirə biləcəklər. Məsələn, aparat sahibinin konfransda və ya kinoteatrda olduğunu müəyyən edəndə, kənar müdaxilə olmadan səssiz rejimə keçəcək.   

 “Görmə qabiliyyəti” hesablayıcı qurğuya fotoşəkil və videoyazılarda obyektləri tanımağa imkan verəcək.
 IBM tədqiqatçıları “Dad bilmə qabiliyyəti” kimi kompüterlərin qidanın kimyəvi tərkibini sınaqdan keçirərək konkret adam üçün optimal olan yeməklərin reseptlərini verə bilmələrini göstərirlər.   

 “İy bilmək” üçün kompüterlər müvafiq cihazlarla təchiz edilərək, məsələn insanın nəfəs aldığı havanın analizini edə biləcəklər.  

 “Toxunuş” kompüter və ya mobil telefona hazırda başqa yerdə olan əşyanın zahiri görünüşünü ötürməyə imkan vermək üçün ekranın vibrasiyasından istifadə edir. Texnologiya internet ticarətində tətbiq oluna bilər. Misal üçün, alıcı sifarişi rəsmiləşdirməzdən əvvəl köynəyin parçasına “toxuna” biləcək.   

 Qeyd edək ki, The Five in Five proqnozu IBM tərəfindən 2007-ci ildən etibarən hər il dərc olunur. Şirkət proqnozu tərtib edən zaman bazarda aparılan tədqiqatlara və öz işləmələrinə istinad edir.

Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.

Belke bu yazilar diqqetinizi cekti

Yeniler

Yeniler