Sosial profilim

Online

- VEB KRALI - Bu saytın məzmunu Google tərəfindən qoruma altına alınmışdır.

4/18/2013

Kim güclüdür - Azərbaycan yoxsa ermənistan ordusu?


Kim güclüdür - Azərbaycan yoxsa ermənistan ordusu?


 Ardinda şəkillər---

      
  























Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi potensialını qiymətləndirən illik hesabatını açıqlayıb. Hesabat 170 ölkəni əhatə edir. Hesabatda Azərbaycan və ermənistanın da orduları haqda məlumatlar yer alıb.

Hesabatda deyilir ki, Azərbaycanın təxminən 67 min nəfərlik ordusu var. ermənistan ordusu bundan təxminən 35 faiz azdı - 42 min nəfər. Ehtiyat qüvvələrinin sayına görə də Azərbaycanın imkanları ermənistandan genişdi. Azərbaycanın səfərbər etməyə 300 min, ermənistanın isə təxminən 200 min qüvvəsi var. Hər iki ordunun silahlarının əksəriyyəti Rusiya istehsalıdır.


Azərbaycanın tankları və BTR-ləri ermənistandan 3 dəfə çoxdur. Azərbaycanın 320 tankı və 470-ə yaxın «BTR»-i var. «BMP»lərə gəldikdə isə qüvvələr arasında fərq böyük deyil - Azərbaycanın 127, ermənistanın isə 104 «BMP»si var.

Hesabata görə, Azərbaycanın 47 döyüş qabiliyyətli təyyarəsi var. ermənistanın döyüş qabiliyyətli təyyarələrinin sayı bundan 3 dəfə azdır.
Hər iki tərəfdə əsasən Miq-25, Su-24 və Su-25 təyyarələridir.

Bundan başqa, Azərbaycanın 6 müasir pilotsuz uçuş aparatı var – «Aerostar» və «Orbiter». ermənistanda belə pilotsuz uçuş aparatları yoxdu. Raket qurğularına gəldikdə, hər iki tərəfdə arsenalın çoxunu «Qrad» qurğuları təşkil edir, amma Azərbaycan 12 ədəd daha müasir «Smerç» qurğularına da malikdi. Həmin qurğular 1989-cu ildə Sovet ordusunun istifadəsinə verilib.


Tank əleyhinə silahlara gəldikdə, hesabata görə, burda Azərbaycanın arsenalı ermənistandan təxminən 10 dəfə çoxdur.








































Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.

Belke bu yazilar diqqetinizi cekti

Yeniler

Yeniler