Sosial profilim

Online

- VEB KRALI - Bu saytın məzmunu Google tərəfindən qoruma altına alınmışdır.

7/10/2011

Komputer oyunlari sehvsiz qerar vermeye zemin yaradir

Kompüter oyunları səhvsiz qərar verməyə zəmin yaradır



Amerikalı alimlər belə bir nəticəyə gəliblər ki, ekstremal kompüter oyunları onunla məşğul olanların real həyatda təcili və səhvsiz qərarlar qəbul etməsinə imkan yaradır. Bu cür insanlar ətraf mühiti analiz edir, hər an ondan ən vacib elementləri seçirlər. Bu qabiliyyət universaldır və insanın üzləşdiyi vəziyyətdən asılı deyil. Araşdırmalar zamanı o da məlum olub ki, kompüter oyunlarına daha çox vaxt ayıran insanlar digərləri ilə müqayisədə daha yaxşı reaksiyaya da malikdir. Bu təcrübə Nyu-Yorkdakı Reçertsk universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Oyun həvəskarlarından ibarət qrupa daxil olmaq üçün həftədə ən azı 5 saat bu oyunlara vaxt sərf edənlər seçilib. Könüllülərin hər birinə çox sayda nöqtələr göstərilib. Daha sonra bu nöqtələrin hansı istiqamətdə hərəkət etdiyi soruşulub. Məlum olub ki, oyun həvəskarı olan 11 nəfər digər 12 nəfər könüllü ilə müqayisədə bu işin öhdəsindən daha yaxşı gəlib.

Hiç yorum yok:

Yorum Gönder

Şərhlər

1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz

2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.

Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.

Belke bu yazilar diqqetinizi cekti

Yeniler

Yeniler